Yuxarı

İlham Əliyev Vyetnam Sosialist Respublikasının prezidentinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti vyetnamlı həmkarı Çan Day Kuanqanı Müstəqillik günü münasibətilə təbrik edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqa təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Vyetnam əlaqələrinin hazırkı dinamik inkişafı məmnunluq doğurur. Əminəm ki, tarixən xoş ənənələrə əsaslanan dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə və ölkələrimizin rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi