​İlham Əliyev Voronej internatındakı faciə ilə əlaqədar Rusiya prezidentinə başsağlığı verib

​İlham Əliyev Voronej internatındakı faciə ilə əlaqədar Rusiya prezidentinə başsağlığı verib "İnternatda baş vermiş yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi"
Xarici siyasət
13 Dekabr , 2015 11:34
​İlham Əliyev Voronej internatındakı faciə ilə əlaqədar Rusiya prezidentinə başsağlığı verib

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev dekabrın 13-də, gecə saatlarında Voronejin Psixonevroloji İnternatında baş verən və 22 nəfərin ölümü ilə nəticələnən faciə ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

"Report" xəbər verir ki, dövlət başçısı hadisədən kədərləndiyini ifadə edib:

"Hörmətli Vladimir Vladimiroviç, Voronej vilayətindəki internatda baş vermiş yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Son xəbərlər

Orphus sistemi