İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət ediblər

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət ediblər Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Xarici siyasət
119
15 Sentyabr , 2018 15:11
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Şəhidlər xiyabanını ziyarət ediblər.

"Report" xəbər verir ki, burada dövlət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyublar.

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazıblar.

Son xəbərlər

Orphus sistemi