​İlham Əliyev Türkiyə Ali Məhkəməsinin sədrini qəbul edib

​İlham Əliyev Türkiyə Ali Məhkəməsinin sədrini qəbul edib Görüşdə məhkəmə sistemləri arasındakı əməkdaşlığın ikitərəfli münasibətlərə töhfə verdiyi qeyd olunub
Xarici siyasət
17 Aprel , 2016 16:01
​İlham Əliyev Türkiyə Ali Məhkəməsinin sədrini qəbul edib

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün prezident İlham Əliyev Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, İlham Əliyev bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İstanbulda keçirilən 13-cü Sammitində iştirakını məmnunluqla xatırlayıb.

Dövlət başçısı bu tədbirdə İslam ölkələrinin yüksək səviyyədə təmsil olunmasını Türkiyəyə olan münasibətin təzahürü kimi qiymətləndirib. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşlərinin də səmərəli olduğunu diqqətə çatdırıb.

Türkiyə Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit qardaş və dost ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, türk xalqının bundan məmnun olduğunu bildirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən “bir millət, iki dövlət” sözlərinin ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin səviyyəsini göstərdiyini vurğuladı. İsmail Rüştü Cirit bir müddət öncə Dağlıq Qarabağda qoşunların təmas xəttində baş vermiş hadisələr zamanı Azərbaycan hərbçilərinin şəhid olması ilə əlaqədar başsağlığı verib, yaralananlara şəfa diləyib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirdi.

Görüşdə ölkələrimizin məhkəmə sistemləri arasındakı uğurlu əməkdaşlığın ikitərəfli münasibətlərimizin daha da genişlənməsi işinə töhfə verdiyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi