​İlham Əliyev Sosialist İnternasionalının baş katibini qəbul edib

​İlham Əliyev Sosialist İnternasionalının baş katibini qəbul edib Görüşdə Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılıb
Xarici siyasət
28 Aprel , 2016 21:48
​İlham Əliyev Sosialist İnternasionalının baş katibini qəbul edib

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev aprelin 28-də Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.

"Report" xəbər verir ki, Sosialist İnternasionalının baş katibi Luis Ayala rəhbərlik etdiyi təşkilatın Qara dəniz hövzəsi, MDB məkanı və Cənubi Qafqaz Komitəsinin Bakıda keçirilməsi planlaşdırılan iclasına hazırlıq işləri ilə tanış olmaq üçün ölkəmizə səfər etdiyini vurğulayıb.

Luis Ayala Sosialist İnternasionalının son vaxtlar həyata keçirdiyi işlərdən danışıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılıb, Sosialist İnternasionalı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri, o cümlədən beynəlxalq əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi