İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib

İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib Qonaq Azərbaycana gəlişindən məmnunluq hissi keçirdiyini bildirib
Xarici siyasət
25 İyun , 2017 12:17
İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib
Prezident.az

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Rusiyanın “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovu qəbul edib.

"Report" xəbər verir ki, ulu öndər Heydər Əliyev ilə görüşlərini dərin ehtiramla xatırlayan Aleksandr Proxanov ümummilli liderlə söhbətlərin çox maraqlı keçdiyini bildirib.

Qonaq Azərbaycana gəlişindən məmnunluq hissi keçirdiyini qeyd edərək, regionlarımıza səfər etdiyini və ölkəmizdəki inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovun Azərbaycana səfərinin səmərəli və maraqlı olacağına ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Humanitar sahədə əməkdaşlığımızın genişləndirilməsində Azərbaycan və Rusiya ziyalılarının əlaqələrinin rolu vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi