İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib

İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib "Çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi"
Xarici siyasət
19 Mart , 2016 11:27
İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib. "Report"un məlumatına görə, başsağlığı mətnində deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Rostov-Don aeroportunda “Boeing 737-800” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Son xəbərlər

Orphus sistemi