Yuxarı

İlham Əliyev Nobel sülh mükafatı laureatını qəbul edib

Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrdə geniş miqyaslı islahatların həyata keçirildiyini vurğulayıb

Bakı. 18 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev iyunun 18-də Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusu qəbul edib.

"Report" AzərTAC-a istinadən xəbər verir ki, Məhəmməd Yunus Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişaf proseslərinin getdiyini vurğulayıb, ölkəmizdə müsbət dəyişikliklərin onda dərin təəssürat yaratdığını deyib. Məhəmməd Yunus Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işləri də yüksək dəyərləndirib.

Ölkəmizin müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və bu müddət ərzində görülən işlərdən danışan dövlətimizin başçısı 25 illik dövrün Azərbaycan üçün iqtisadi transformasiya dövrü olduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrdə, xüsusilə iqtisadi sahədə geniş miqyaslı islahatların həyata keçirildiyini vurğulayıb. Son dövrlər neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış vəziyyətə toxunan dövlətimizin başçısı iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın azaldılması istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini deyib.

Sonda xatirə şəkli çəkdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi