Bakı. 20 yanvar. REPORT.AZ/ Almaniyada səfərdə olan prezident İlham Əliyev Berlində Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının (MBTK) sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə MBTK-nın regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa töhfə verdiyi qeyd olunub.
Tərəflər arasında digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.