İlham Əliyev Mavritaniya və Albaniya prezidentlərinə təbrik məktubu göndərib

İlham Əliyev Mavritaniya və Albaniya prezidentlərinə təbrik məktubu göndərib Azərbaycan prezidenti hər iki ölkə başçısını ölkələrinin müstəqillik günü münasibəti ilə təbrik edib
Xarici siyasət
1902
26 Noyabr , 2016 18:15
İlham Əliyev Mavritaniya və Albaniya prezidentlərinə təbrik məktubu göndərib

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın dövlət başçısı İlham Əliyev Mavritaniya və Albaniya prezidentləri Məhəmməd uld Əbdüləziz və Buyar Nişaniyə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, təbrik məktubları hər iki ölkənin müstəqillik günü münasibəti ilə ünvanlanıb.

İlham Əliyev məktublarda hər iki ölkənin xalqını və dövlət başçılarını öz adından və Azərbaycan xalqı adından təbrik edib, onlara cansağlığı, işlərində uğurlar, sülh və firavanlıq arzulayıb.

Son xəbərlər

Orphus sistemi