Prezident İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub - YENİLƏNİB

Prezident İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub - YENİLƏNİB Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşü olub.
Xarici siyasət
20 Fevral , 2019 13:52
Prezident İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub - YENİLƏNİB

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşü olub.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşdən məmnunluğunu bildirib, səfərin məhsuldar olacağına əminliyini ifadə edib. 

Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı ölkələrimizin yaxşı tərəfdaş olduqlarını deyib. İtaliya şirkəti tərəfindən inşa olunan “SOCAR-Polymer” zavodunun bir neçə gün əvvəl açılışında iştirakını xatırladan dövlət başçısı ötən il bu zavodun birinci mərhələsinin açılışının İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə həyata keçirildiyini deyib. Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən neft-qaz, tikinti və iqtisadiyyatın digər sektorlarında da uğurla fəaliyyət göstərdiklərini və ölkəmizin onların fəaliyyətindən məmnun olduğunu bildirib. Dövlət başçısı Cənub Qaz Dəhlizi layihəsinin icrası ilə bağlı ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Qeyd edib ki, bu layihə dövlətləri və şirkətləri daha da sıx birləşdirir.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi görüşə görə minnətdarlığını bildirib. O, dövlət başçısı ilə görüşün bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olduğunu deyib. Andrea Cioffi Azərbaycan ilə münasibətlərin bütün sahələrdə, o cümlədən ticarət sahəsində də inkişaf etdiyini vurğulayıb.


*** 12:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşü olub.

"Report" xəbər verir ki, məlumatı Prezidentin Mətbuat xidməti yayıb. 

Son xəbərlər

Orphus sistemi