İlham Əliyev İran prezidentinə başsağlığı verib

İlham Əliyev İran prezidentinə başsağlığı verib "Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi"
Xarici siyasət
26 Noyabr , 2016 13:28
İlham Əliyev İran prezidentinə başsağlığı verib

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib. 

"Report"un  məlumatına görə, məktubda deyilir:  

Hörmətli cənab Prezident,

Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Son xəbərlər

Orphus sistemi