​İlham Əliyev “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru ilə görüşüb

​İlham Əliyev “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru ilə görüşüb Görüş İsveçrənin Davos şəhərində baş tutub
Xarici siyasət
23 Yanvar , 2015 22:26
​İlham Əliyev “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev Davosda “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru Jan-Lui Şossad ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə “Gaz de France Suez” şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı Bakıda və ölkəmizin digər regionlarında əhalinin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmiz içməli su ilə təmin olunması, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi, “Şahdəniz” yatağından çıxan qazın alınması və digər sahələrlə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi