İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib - ƏLAVƏ OLUNUB

İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib - ƏLAVƏ OLUNUB Dövlət başçısı Parisin mərkəzində “Azərbaycan şəhərciyi”nin açılışının və fəaliyyətinin önəmini vurğulayıb
Xarici siyasət
30 Sentyabr , 2016 12:46
İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib - ƏLAVƏ OLUNUB

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Respublikası Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report”un xəbərinə görə, Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel son dövr Fransa ilə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayıb. O, bu yaxınlarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin təqdimatının bütün iştirakçılarda çox böyük təəssürat yaratdığını, ölkəmizə olan marağın daha da artdığını bildirib. Təmsil etdiyi qurumun 25 üzvü ilə bərabər ölkəmizə səfər etdiyini deyən fransalı qonaq nümayəndələrin hazırda Şəki şəhərində olduqlarını, sonra isə Gəncəyə gedəcəklərini vurğulayıb.

Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu bildirən Prezident İlham Əliyev səfərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağını deyib. Parisin mərkəzində “Azərbaycan şəhərciyi”nin açılışının və fəaliyyətinin önəmini vurğulayan dövlət başçısı artıq bir neçə dəfədir ki, bu cür təqdimatların keçirildiyini, Fransa və Paris sakinlərində məmnunluq doğurduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın geniş təqdimat tədbirlərində fəal iştirakına görə Jan Fransua Manselə təşəkkürünü bildirib. Dövlət başçısı bu cür tədbirlərin və eləcə də Fransanın tanınmış xadimlərinin Azərbaycana səfərlərinin ölkəmizin Fransada daha geniş şəkildə tanınması və ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə mühüm töhfə verəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi