​İlham Əliyev Dünya Humanitar Sammiti iştirakçılarına verilən ziyafətdə iştirak edib

​İlham Əliyev Dünya Humanitar Sammiti iştirakçılarına verilən ziyafətdə iştirak edib Ziyafət Türkiyə prezidenti tərəfindən verilib
Xarici siyasət
23 May , 2016 23:55
​İlham Əliyev Dünya Humanitar Sammiti iştirakçılarına verilən ziyafətdə iştirak edib

Bakı. 23 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Dünya Humanitar Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, ziyafətdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Qonaqları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və həyat yoldaşı Hülya Çavuşoğlu qarşılayıb.

Azərbaycan prezidenti ziyafətin verildiyi salonda G-20-nin Antalyadakı zirvə toplantısında çəkilən və üzərində Dünya Humanitar Sammiti kollektiv şəklinin yer aldığı tabloda adının üzərinə imza atıb.

Son xəbərlər

Orphus sistemi