Azərbaycan Prezidenti Ramazan Abdulatipovu “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan Prezidenti Ramazan Abdulatipovu “Dostluq” ordeni ilə təltif edib Prezident sərəncam imzalayıb
Xarici siyasət
2 Avqust , 2016 17:26
Azərbaycan Prezidenti Ramazan Abdulatipovu “Dostluq” ordeni ilə təltif edib

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan Abdulatipovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Ramazan Hacımuradoviç Abdulatipov “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, R.Abdulatipov Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının başçısıdır.

Son xəbərlər

Orphus sistemi