İlham Əliyev Bolqarıstan və Moldovanın yeni seçilmiş prezidentlərini təbrik edib

İlham Əliyev Bolqarıstan və Moldovanın yeni seçilmiş prezidentlərini təbrik edib Azərbaycan və Bolqarıstan arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur
Xarici siyasət
15 Noyabr , 2016 18:03
İlham Əliyev Bolqarıstan və Moldovanın yeni seçilmiş prezidentlərini təbrik edib

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının yeni seçilmiş prezidenti Rumen Radevə təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Radev,

Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan və Bolqarıstan arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, birgə səylərimizlə siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına töhfə verəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Dövlət başçısı həmçinin Moldova Respublikasının yeni seçilmiş prezidenti İqor Dodonu da təbrik edib: "Hörmətli cənab Dodon, Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişaf etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Son xəbərlər

Orphus sistemi