Yuxarı

​İlham Əliyev BMT baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı. 14 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev aprelin 14-də İstanbulda BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Beltman ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyi bildirilib.

Azərbaycanın BMT ilə birgə bu il Bakıda təşkil edəcəyi Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bu əməkdaşlığın yaxşı göstəricisi kimi səciyyələndirilib. Foruma hazırlıq prosesinin başa çatmaqda olduğu vurğulanıb, tədbirlə bağlı bir sıra təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı BMT-nin baş katibi Pan Gi Munun VII Qlobal Forumda iştirakının mühüm əhəmiyyət daşıyacağı, bunun Azərbaycan və region üçün önəmli hadisə olacağı qeyd edilib. BMT baş katibinin Azərbaycana səfərinin sülh, sabitlik, təhlükəsizlik məsələləri ilə bağlı dünyaya mühüm mesaj olacağı da vurğulanıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Pan Gi Munun Bakıda bu münaqişənin həlli, habelə Ermənistanın təxribatçı əməllərinin qarşısının alınması ilə bağlı verəcəyi mesajın mühüm əhəmiyyət kəsb edəcəyi diqqətə çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi