​İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib

​İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib Görüşdə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub
Xarici siyasət
19 İyun , 2016 19:05
​İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todu qəbul edib.

"Report" xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Bakıda Formula-1 yarışının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

O, tədbirin önəmini yüksək qiymətləndirərək bunun təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, o cümlədən regionda mühüm əhəmiyyət daşıdığını deyib.

Formula-1 yarışının əhəmiyyətini qeyd edən dövlət başçısı tədbirin beynəlxalq əməkdaşlığa töhfəsini verdiyini bildirib. Prezident İlham Əliyev yarışın Azərbaycana gələn turistlərin ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğulayıb.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Son xəbərlər

Orphus sistemi