İlham Əliyev Belçikanın Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsini ziyarət edib

İlham Əliyev Belçikanın Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsini ziyarət edib Dövlət başçısı və xanımı abidənin önünə gül dəstələri qoyublar
Xarici siyasət
5 Fevral , 2017 18:39
İlham Əliyev Belçikanın Vaterlo şəhərində  Xurşidbanu Natəvanın abidəsini ziyarət edib

Bakı. 5 fevral. REPORT.AZ/ Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər.

"Report" AzəTAC-a istinadən xəbər verir ki, Vaterlo şəhərinin meri Floran Röter Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıb.

Dövlət başçısı və xanımı abidənin önünə gül dəstələri qoyublar.

Ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılması Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.

Son xəbərlər

Orphus sistemi