Yuxarı

İlham Əliyev banqladeşli həmkarını təbrik edib

Md. Əbdül Həmidiyə təbrik məktubu göndərilib

Bakı. 25 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri Md. Əbdül Həmidi ölkənin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib. "Report"un xəbərinə görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Banqladeş arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına sülh və firavanlıq diləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi