​İlham Əliyev: "Azərbaycan və ABŞ arasında çox fəal siyasi dialoq yaranıb"

​İlham Əliyev: "Azərbaycan və ABŞ arasında çox fəal siyasi dialoq yaranıb" "Biz ABŞ ilə ikitərəfli münasibətlərimizi yüksək qiymətləndiririk"
Xarici siyasət
30 Mart , 2016 23:53
​İlham Əliyev: Azərbaycan və ABŞ arasında çox fəal siyasi dialoq yaranıb

Bakı. 31 mart. REPORT.AZ/ "Biz ABŞ ilə artıq uzun tarixə malik olan ikitərəfli münasibətlərimizi yüksək qiymətləndiririk. Və bu həmişə çox yaxın, səmimi, strateji əhəmiyyətli münasibətlərdir".

"Report" xəbər verir ki, bunu çərşənbə günü Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə keçirilən görüşün yekununda Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı Birləşmiş Ştatlar prezidenti Barak Obamaya nüvə təhlükəsizliyi sammitinə dəvətə görə minnətdarlığını bildirib:

"Biz bunu dostluq və tərəfdaşlıq əlaməti hesab edirik".

"Azərbaycan və ABŞ arasında çox fəal siyasi dialoq yaranıb", - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, ölkələr arasında inkişaf etməkdə olan iqtisadi əlaqələr mövcuddur. Belə ki, Amerika şirkətləri Azərbaycan iqtisadiyyatına təqribən 10 milyard dollar vəsait yatırıblar.

İlham Əliyev, həmçinin ABŞ ilə enerji sahəsində əməkdaşlığın uğurlu olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi