Yuxarı

İlham Əliyev: Azərbaycan-Çexiya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır

Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu ünvanlayıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir: "Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Çexiya münasibətləri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Keçən ay ölkəmizə səfəriniz, ölkələrimiz arasında strateji tərəfdaşlığa dair imzaladığımız Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin inkişafına mühüm töhfədir.

Ümidvaram ki, əməkdaşlığımızın daha da dərinləşdirilməsi sahəsində qarşıya qoyduğumuz vəzifələrin həlli yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram".İlham Əliyev: Azərbaycan-Çexiya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi