İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib
Xarici siyasət
21 May , 2015 14:28
İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib

Bakı. 21 may. REPORT.AZ/ Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti mətbuat xidmətinin yaydığı məlumata görə, Donald Tusk Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına və göstərilən diqqətə görə D.Tuska minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsi məmnunluqla qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.

Dövlətimizin başçısı Donald Tusku ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul edilib.

Son xəbərlər

Orphus sistemi