Yuxarı
    Bağlamaq

    İlham Əliyev AŞPA-nın sabiq prezidenti Rene Van der Linden ilə görüşüb - ƏLAVƏ OLUNUB

    Görüş Brüssel şəhərində baş tutub

    Bakı. 5 fevral. REPORT.AZ/ Fevralın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşüb.

    "Report" xəbər verir ki, Rene Van der Linden İlham Əliyev ilə görüşməkdən məmnun olduğunu deyib.

    O vurğulayıb ki, dövlətimizin başçısının Brüsselə səfər proqramı çox zəngindir və səfər zamanı Avropa İttifaqının yüksək səviyyəli rəhbər şəxsləri ilə görüşləri mühüm əhəmiyyət daşıyır.

    Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi baxımından bu səfərin önəmini vurğulayıb.

    Rene Van der Lindeni Azərbaycanın dostu adlandıran dövlət başçısı onun AŞPA-ya rəhbərlik etdiyi dövrdə ölkəmizin bu təşkilat ilə səmərəli əməkdaşlığını məmnunluqla xatırladı, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri kimi onun ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində və Azərbaycana investisiyaların cəlb edilməsində rolunu qeyd etdi, ADA Universiteti ilə Niderlandın Maastrixt Menecment Məktəbi arasında əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi