​İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

​İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib Görüşdə Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
13 Mart , 2016 13:52
​İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev martın 13-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin maraqlı olacağına və ilk dəfə Azərbaycana səfər edən heyət üzvlərinin ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.

Devid Harrisin ölkəmizin yaxın dostu olduğunu vurğulayan prezident İlham Əliyev səfərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından da önəmini qeyd etdi.

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris Azərbaycanın ABŞ üçün çox əhəmiyyətli bir ölkə olduğunu vurğulayıb. Devid Harris təmsil etdiyi təşkilatın Azərbaycan ilə ABŞ arasında əlaqələrin dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda müxtəlif dini icmaların birgə yaşayışı, multikulturalizmin daha da inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlərin önəmi qeyd olundu, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi