​İlham Əliyev Aleksandr Lukaşenkonu Azərbaycana səfərə dəvət edib

​İlham Əliyev Aleksandr Lukaşenkonu Azərbaycana səfərə dəvət edib "Hər bir səfər bizim münasibətlərimizin strateji xarakterinin bir daha siyasi təsdiqidir"
Xarici siyasət
28 Noyabr , 2015 23:58
​İlham Əliyev Aleksandr Lukaşenkonu Azərbaycana səfərə dəvət edib

Bakı. 28 noyabr. REPORT.AZ/ "Gələn il sizi yenə də Azərbaycanda rəsmi səfərdə qəbul etməyə çox şad olaram, ona görə ki, müzakirə edilməli mövzular çoxdur".

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Minskdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə təkbətək görüşündə bildirib.

Prezident ilk növbədə Belarusa səfər etməyindən şad olduğunu bildirib:

"Son illərdə sizin rəhbərliyiniz ilə ölkənizin qazandığı uğurlara sevinirəm. Minskin necə müasir, gözəl, inkişaf etmiş şəhərə çevrilməsi buna əyani sübutdur. Əminəm ki, burada yaşamaq, işləmək və qurub yaratmaq insanlara xoşdur. Belarus coşqun iqtisadi inkişaf yolundadır. Sizin ölkənizdə sosial rifah məsələləri fəal həll edilir. Sizin qeyd etdiyiniz kimi, indi bütün ölkələr üçün çətin vaxtdır. Buna baxmayaraq, Belarus müsbət inkişaf dinamikasını qoruyub saxlayır, ictimai-siyasi sabitlik təmin edilir. Hərçənd, biz hamımız iqtisadi böhrana məruz qalırıq. Buna baxmayaraq, Belarus bu təzahürə daha az məruz qalan ölkələrdən biridir".

İlham Əliyev ikitərəfli münasibətlərin möhkəm dostluğa əsaslandığını qeyd edib:

"Bu dostluq artıq illərin sınağından çıxıb. Sizin qeyd etdiyiniz kimi, biz fəal qarşılıqlı əlaqə yaratmağa başlayanda bir-birimizi o qədər də yaxşı tanımırdıq. Lakin son illərdə rəsmi səviyyədə prezidentlərin, digər qurumların rəhbərlərinin bir neçə səfəri baş tutub. Əlbəttə, gələn il Sizi yenə də Azərbaycanda rəsmi səfərdə qəbul etməyə çox şad olaram, ona görə ki, müzakirə edilməli mövzular çoxdur. Əvvəla, hər bir səfər bizim münasibətlərimizin strateji xarakterinin bir daha siyasi təsdiqidir. İkincisi, biz bütün istiqamətlər üzrə - həm siyasi sahədə, həm xarici siyasət, iqtisadiyyat, sənaye sahələrində bir çox məsələləri həll edirik. Bizdə də Belarusla əməkdaşlıq məsələləri ilə bağlı heç bir məhdudiyyət yoxdur və bütün istiqamətlər üzrə çox müsbət dinamika, nəticələr görürük. Fəal qarşılıqlı əlaqə saxladığımız bu on ildə biz Belarus xalqını, onun açıq, xeyirxah, sədaqətli, səmimi xarakterini yaxından tanıdıq. İnanın ki, bütün bu epitetləri mən sözgəlişi demirəm. Bunu mən də, belaruslarla ünsiyyətdə olmuş və olan hər bir vətəndaşımız da hiss edir. Bu, Sizin ölkənizin böyük sərvətidir. Mən Azərbaycan xalqı adından Sizə yeni uğurlar, yeni nailiyyətlər arzu etmək istəyirəm. Biz də dost kimi həmişə yanınızda olacağıq, Sizin uğurlarınıza həmişə sevinəcəyik. Qonaqpərvərliyə görə bir daha sağ olun".

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi