​İƏT sammiti noyabrda Pakistanda keçiriləcək

​İƏT sammiti noyabrda Pakistanda keçiriləcək Burada İƏT üzvü olan ölkələrin dövlət və hökumət başçıları bir araya gələcək
Xarici siyasət
1 Sentyabr , 2015 11:25
​İƏT sammiti noyabrda Pakistanda keçiriləcək

Bakı. 1 sentyabr. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti sammiti noyabrın 11-də Pakistanın paytaxtı İslamabadda baş tutacaq. "Report" xəbər verir ki, bu qərar Pakistan hökuməti tərəfindən qəbul edilib.

Burada İƏT üzvü olan ölkələrin dövlət və hökumət başçıları bir araya gələcək. Sammitdə iştirakla bağlı dəvət BMT-nin baş katibi Pan Gi Muna da göndərilib.

Tədbiri Pakistan prezidenti Məmnun Hüseyn açacaq.

Sammitdən öncə noyabrın 9-10-da İslamabadda İƏT Baş Assambleyasının yığıncağı və COMSTECH İcraiyyə Komitəsinin (Elm və texnologiya sahəsində İƏT Əməkdaşlığı üzrə daimi nazirlər komitəsi) iclası keçiriləcək.

İslam Əməkdaşlığı Təşkilatı - İslam ölkələrinin beynəlxalq təşkilatıdır və 1969-cu il sentyabrın 25-də müsəlman ölkələri başçılarının Rabatda keçirilən konfransında təsis edilib. İƏT-ə Azərbaycan da daxil olmaqla 57 ölkə üzvdür. 

Son xəbərlər

Orphus sistemi