Yuxarı
    Bağlamaq

    İƏT ölkələrinin XİN başçıları Məbəd dağı ətrafındakı vəziyyəti müzakirə edəcəklər

    Nazirlər müsəlman dünyası adından beynəlxalq ictimaiyyətə mesaj göndərəcək və İsraildən Cenevrə Konvensiyasına hörmət göstərməyi tələb edəcəklər

    Bakı. 31 iyul. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 1-də İstanbulda üzv dövlətlərin xarici işlər nazirləri səviyyəsində İcraiyyə Komitəsinin növbədənkənar iclasını keçirmək niyyətindədir.

    "Report" "Bahrain" agentliyinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Qüdsün ərəb sakinlərinin mövcudluqlarını qorumaq üçün davam edən dəstəyi, eləcə də son zamanlarda İsrail tərəfinin "Məscidül-Əqsa" məscidini ziyarətə tətbiq etdiyi məhdudiyyətlər fonunda Əl-Qüds Əl-Şərifdəki (Məbəd dağı - red.) müqəddəs yerlərlə bağlı vəziyyəti müzakirə etmək niyyətindədirlər.

    Həmçinin nazirlərin bütün müsəlman dünyası adından beynəlxalq ictimaiyyətə mesaj göndərəcəyi və İsraildən Cenevrə Konvensiyasına və Fələstin məsələsi, xüsusilə onun ayrılmaz hissəsi olan Məbəd dağı ilə bağlı bütün qətnamələrə hörmət etməyi tələb edəcəyi planlaşdırılır.

    Xatırladaq ki, İƏT iyulun 24-də İsrail tərəfinin "Məscidül-Əqsa" məscidini eskalasiya etməsinin müzakirəsi məqsədi ilə strukturun üzv dövlətlərin nümayəndələrinin təcili iclasını və bu məsələ ilə bağlı Bakıda beynəlxalq forum keçirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi