Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 14-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib.
"Report" xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak edib.