Yuxarı

​İƏT-in növbəti sammiti Qambiyada keçiriləcək

Qazaxıstanda İƏT-in elm və texnologiya üzrə sammiti keçiriləcək

Bakı. 15 aprel. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti Zirvə toplantısı iki ildən sonra Qambiyada keçiriləcək.

"Report"un məlumatına görə, bu haqda İƏT-in mətbuat xidməti məlumat yayıb.

Bununla da Türkiyədən sonra növbəti iki il müddətinə (2018-2020-ci illərdə) təşkilata Qambiya sədrlik edəcək.

2017-ci ildə isə Qazaxıstanda İƏT-in elm və texnologiya üzrə sammiti keçiriləcək.

Qeyd edək ki, bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı başa çatacaq. Sammitin yenkununda "İstanbul Bəyannaməsi" və Fələstin məsələsi üzrə qətnamə qəbul ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi