​İƏT bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib

​İƏT bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib Baş katib İyad Əmin Mədəni digər ölkələrdəki vəziyyətdən də danışıb
Xarici siyasət
14 Aprel , 2016 11:44
​İƏT bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib

Bakı. 14 aprel. REPORT.AZ/ "Azərbaycan dövlətinin beynəlxalq səviyyədə tanınan sərhədlərinin qorunması məsələsini də təqib edəcəyik".

"Report" xəbər verir ki, bunu Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Zirvə toplantısında İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Əmin Mədəni bildirib.

Baş katib bildirib ki, Ermənistanın Dağlıq Qarabağ işğalı davam etməkdədir: "Biz münaqişənin həll edilməsini istəyirik. Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini düşünürük".

O, Fələstin məsələsi, Suriya, Yəmən, Liviya, Əfqanıstan, Somali, Mali, Cammu və Kəşmir, Bosniya və Herseqovinadakı vəziyyətdən də danışıb. 

Son xəbərlər

Orphus sistemi