İƏT Bakıda BMT-nin VII Qlobal Forumu çərçivəsində bir sıra tədbirlər keçirəcək

İƏT Bakıda BMT-nin VII Qlobal Forumu çərçivəsində bir sıra tədbirlər keçirəcək İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcək
Xarici siyasət
21 Aprel , 2016 10:43
İƏT Bakıda BMT-nin VII Qlobal Forumu çərçivəsində bir sıra tədbirlər keçirəcək

Bakı. 21 aprel. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti aprelin 25-27 Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcək.

İƏT-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təşkilat forum çərçivəsində bir sıra tədbirlər keçirmək niyyətindədir. O cümlədən "ekstremizmin qarşısının alınması üçün multikulturalist perspektivlərin təşviqi" sessiyası təşkil ediləcək. Sessiyada mədəniyyət, sosial və ailə işləri üzrə baş direktor Mehla Əhməd Talebna iştirakçılara İƏT-in baş katibi İyad Amin əl Madaninin müraciətini oxuyacaq.

Bundan əlavə, İƏT forum çərçivəsində "Qüds: sivilizasiyaların vəhdəti" adlı sərgi də keçirəcək. İzləyicilərə 50-yə yaxın tarixi şəkil təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi