BMT Baş Assambleyasının sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

BMT Baş Assambleyasının sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Volkan Bozkır ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və onun məzarı önünə əklil qoyub
Xarici siyasət
9 Aprel , 2021 11:33
BMT Baş Assambleyasının sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

BMT Baş Assambleyasının sədri Volkan Bozkır Azərbaycana səfəri çərçivəsində Bakıda Fəxri xiyabanı ziyarət edib.

“Report” xəbər verir ki, Volkan Bozkır ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və onun məzarı önünə əklil qoyub.

O, Şəhidlər xiyabanını və şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni də ziyarət edib.

Son xəbərlər

Orphus sistemi