Hindistanın Azərbaycandakı səfiri Lənkərana səfər edib

Hindistanın Azərbaycandakı səfiri Lənkərana səfər edib Lənkəran. 15 fevral. REPORT.AZ/ Fevralın 15-də Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Lənkərana səfər edib.
Xarici siyasət
122
15 Fevral , 2018 15:44
Hindistanın Azərbaycandakı səfiri Lənkərana səfər edib
Report

Lənkəran. 15 fevral. REPORT.AZ/ Fevralın 15-də Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Lənkərana səfər edib.

"Report"un Cənub bürosu xəbər verir ki, səfiri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edib. 

Qəbul zamanı icra başçısı qonağa rayonun təbii-coğrafi mövqeyi, tarixi, iqtisadiyyatı və mədəniyyəti barədə məlumatlar verərək Azərbaycan-Hindistan dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində Lənkəranla dost ölkə arasında iqtisadi-mədəni əlaqələrin və əməkdaşlığın qurulmasında, xüsusilə kənd təsərrüfatının çayçılıq, çəltikçilik və sitrusçuluq bölmələrinin inkişafı ilə bağlı təcrübə mübadiləsində maraqlı olduğunu bildirib. 

Görüşdə eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizlərinin də bu əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb. 

Qəbula görə İcra Hakimiyyəti başçısına minnətdarlığını bildirən Sanjay Rana qarşılıqlı olaraq bu fikirləri dəstəklədiyini, ikitərəfli əlaqələrin qurulmasında bir səfir kimi bütün imkanlardan istifadə edəcəyini söyləyib. 

İcra başçısı ilə görüşdən sonra Hindistanın səfiri sitrus bağları təsərrüfatında, “Lənkəran Mexanikləşdirmə” MMC-də, “Cənub-Aqro” MMC-nin çəltik emalı zavodu və çəltik plantasiyalarında, “Yaşıl Çay” fermer təsərrüfatının çay sahələrində olaraq bu təsərrüfatların iş şəraiti ilə yaxından tanış olub, onların əmək kollektivləri ilə görüşərək fikir mübadiləsi aparıb. 

Günün ikinci yarısında isə xarici diplomat Hirkan Milli Parkına baş çəkib.

Son xəbərlər

Orphus sistemi