Bakı. 28 dekabr. REPORT.AZ/ Hindistanın Azərbaycandakı səfiri Sancay Rana ölkəmizdəki diplomatik missiyasını başa vurub.
Hindistan səfirliyindən "Report"a verilən məlumata görə, diplomat artıq Bakıdan ayrılıb və vətəninə dönüb.
Qeyd edək ki, S.Rana 2015-ci ildən Hindistanın diplomatik missiyasına rəhbərlik edib.
Daha əvvəl Hindistanın Azərbaycandakı yeni səfirinin adı da məlum olub.