Hikmət Hacıyev: "Prezidentin Belarusa səfəri iki ölkə arasındakı əlaqələrin inkişafına ciddi təkan verəcək"

Hikmət Hacıyev: "Prezidentin Belarusa səfəri iki ölkə arasındakı əlaqələrin inkişafına ciddi təkan verəcək" Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan və Belarus arasında xüsusi münasibətlər var. Dövlətlərimiz arasındakı münasibətlər qarşılıqlı anlaşmaya, tərəfdaşlığa və dostluğa əsaslanır. Bu, ilk növbədə, dövlət başçıları səviyyəsindəki münasibətlərdir və dostluqdur ki, nəticə etibarilə Azərbaycanla Belarus arasında münasibətlərin, strateji tərəfdaşlığın inkişafına xidmət göstərir.
Xarici siyasət
17 Noyabr , 2018 14:33
Hikmət Hacıyev: Prezidentin Belarusa səfəri iki ölkə arasındakı əlaqələrin inkişafına ciddi təkan verəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ "Azərbaycan və Belarus arasında xüsusi münasibətlər var. Dövlətlərimiz arasındakı münasibətlər qarşılıqlı anlaşmaya, tərəfdaşlığa və dostluğa əsaslanır. Bu, ilk növbədə, dövlət başçıları səviyyəsindəki münasibətlərdir və dostluqdur ki, nəticə etibarilə Azərbaycanla Belarus arasında münasibətlərin, strateji tərəfdaşlığın inkişafına xidmət göstərir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib. 

Onun sözlərinə görə, diplomatik münasibətlərdə və protokolda müstəsna bir hal idi ki, Azərbaycan Respublikasının Belarusdakı səfiri Belarus prezidenti tərəfindən qəbul olundu və iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu: "Həmçinin dövlətimizin başçısı tərəfindən də Belarusun Azərbaycandakı səfiri qəbul olundu. Və diplomatik protokol qaydalarından kənar Azərbaycan-Belarus əməkdaşlığının inkişaf etdirilməsi perspektivləri barədə geniş müzakirələr aparıldı.

Bu gün Azərbaycan və Belarus arasında münasibətlər siyasi, iqtisadi, ticarət, hərbi-texniki, mədəni, humanitar və digər sahələri əhatə edir və ticarət dövriyyəsi daimi sürətlə artır. Həmçinin də dövlətimizin başçısının yaxın vaxtlarda Belarusa səfəri nəzərdə tutulub. Belə ali səfərlər ölkələrimiz arasında intensiv xarakter daşıyır. Bu səfər çərçivəsində çoxsaylı sənədlərin imzalanması gözlənilir. Hesab edirik ki, bu səfər nəticə etibarilə Azərbaycan və Belarus arasındakı əlaqələrin inkişafına daha da ciddi bir şəkildə təkan verəcək".

Son xəbərlər

Orphus sistemi