Hikmət Hacıyev Malayziyanın XİN rəhbərinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Hikmət Hacıyev Malayziyanın XİN rəhbərinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Malaziyanın xarici işlər nazirinin müavini Kəmarudin Cəffərlə görüşüb.
Xarici siyasət
21 Yanvar , 2022 15:52
Hikmət Hacıyev Malayziyanın XİN rəhbərinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kəmarudin Cəffərlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz tviter səhifəsində yazıb.

“Malayziyanın xarici işlər nazirinin müavini cənab Kəmarudin Cəffərlə məhsuldar görüş keçirildi. Görüş zamanı ikitərəfli əlaqələri, həmçinin İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq institutlar çərçivəsində sıx əməkdaşlığı müzakirə etdik” - paylaşımda deyilir.

Son xəbərlər

Orphus sistemi