Hikmət Hacıyev: “İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi ilə bağlı xəbər saxtadır”

Hikmət Hacıyev: “İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi ilə bağlı xəbər saxtadır” Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəzi xarici KİV-lərdə guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsinə dair yayılan informasiyaya münasibət bildirib.
Xarici siyasət
4 May , 2018 16:35
Hikmət Hacıyev: “İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi ilə bağlı xəbər saxtadır”
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev / Report

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəzi xarici KİV-lərdə guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsinə dair yayılan informasiyaya münasibət bildirib.

“Report”un xəbərinə görə, H.Hacıyev AZƏRTAC-ın sualını cavabında bildirib ki, yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb: “Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir”.

Son xəbərlər

Orphus sistemi