Hikmət Hacıyev erməni kilsəsinin sökülməsi iddialarına münasibət bildirib

Hikmət Hacıyev erməni kilsəsinin sökülməsi iddialarına münasibət bildirib Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edildiyi bir vaxtda belə dini abidənin inşası xristianlığın təməl prinsiplərinə ziddir
Xarici siyasət
705
25 Mart , 2021 15:23
Hikmət Hacıyev erməni kilsəsinin sökülməsi iddialarına münasibət bildirib
Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair KİV-də yayılan xəbərlərə münasibət bildirib.

“Report” xəbər verir ki, o, bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.

“2017-ci ildə XİN sözçüsü kimi işləyərkən işğal altında olan, əvvəllər ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda qanunsuz olaraq ibadətgah tikilməsi barədə açıqlama vermişdim. Orada qeyd etmişdim ki, Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edildiyi bir vaxtda belə dini abidənin inşası xristianlığın təməl prinsiplərinə ziddir”, - Prezidentin köməkçisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi