Hikmət Hacıyev Dağlıq Qarabağda keçirilən qanunsuz seçkilərdən danışdı

Hikmət Hacıyev Dağlıq Qarabağda keçirilən qanunsuz seçkilərdən danışdı “Bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz seçkilər keçirildi. Bu qanunsuz seçkilər beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi”.
Xarici siyasət
8 Aprel , 2020 17:49
Hikmət Hacıyev Dağlıq Qarabağda keçirilən qanunsuz seçkilərdən danışdı

“Bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz seçkilər keçirildi. Bu qanunsuz seçkilər beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabienti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. 

“Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyinə bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstək göstərildi. Bu seçkilərin qeyri-qanuni xarakter daşıdığı və onun tanınmadığı bir daha da vurğulandı. Burada biz xüsusilə Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən ifadə olunan mövqeyi qeyd etmək istərdik. Yəni 120 dövlət yekdilliklə Azərbaycanın mövqeyini, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədi”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi