Hikmət Hacıyev: "Çernobıl" AES-in texnologiyası əsasında inşa edilmiş "Metsamor" stansiyası təhlükə mənbəyidir"

Hikmət Hacıyev: "Çernobıl" AES-in texnologiyası əsasında inşa edilmiş "Metsamor" stansiyası təhlükə mənbəyidir" "Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması işində Azərbaycandan 7000-dən çox insan iştirak edib"
Xarici siyasət
26 Aprel , 2018 10:51
Hikmət Hacıyev: Çernobıl AES-in texnologiyası əsasında inşa edilmiş Metsamor stansiyası təhlükə mənbəyidir

Bakı. 26 aprel. REPORT.AZ/ "Çernobıl faciəsi qurbanlarının Beynəlxalq Anım Günündə Ukrayna, Belarus və Rusiya Xarici İşlər nazirlikləri ilə həmrəy olduğumuzu təsdiq edirik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu faciənin nəticələrinin aradan qaldırılması işində Azərbaycandan 7000-dən çox insan iştirak edib.

"Biz həmçinin beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan ərazisində yerləşən və 1976-cı ildə "Çernobıl" Atom Elektrik Stansiyasında istifadə olunan texnologiya əsasında inşa edilən "Metsamor" AES-ə yönəltməsini istərdik. Çünki "Metsamor" stansiyası təhlükə mənbəyidir", - H.Hacıyev söyləyib.