Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Royal Beynəlxalq Münasibətlər İnstitutu - "Chatham House" mərkəzində Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda çıxış edib.
"Report" xəbər verir ki, tədbirdə Qafqaz üzrə ekspertlərdən olan Tomas de Vall və digərləri iştirak ediblər.
H.Hacıyev Azərbaycanın xarici siyasətinin təməl prinsipləri, Ermənistan-Azərbaycan
O, Prezident
H.Hacıyev Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğal olunmuş ərazilərdə qeyri qanuni fəaliyyətləri, təmas xəttində vəziyyəti gərginləşdirməsi barədə ətraflı danışıb.
İki saata qədər davam edən müzakirələrdə PA rəsmisi auditoriyanın çoxsaylı suallarını cavablandırıb.
Tədbirdə iştirak edən erməni nümayəndəsinin də təxribatçı sualları cavablandırılıb.
Qeyd edək ki, "Chatham House" beynəlxalq münasibətlər sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. Beynəlxalq ictimai siyasi fikrə ciddi təsiri var.



