Hikmət Hacıyev: "Azərbaycan və Türkiyənin üzərinə yeni vəzifə və öhdəliklər düşür”

Hikmət Hacıyev: "Azərbaycan və Türkiyənin üzərinə yeni vəzifə və öhdəliklər düşür” “Biz Azərbaycanın üzləşdiyi işğalı aradan qaldırmağa müvəffəq olduq. Azərbaycan torpaqları işğaldan azad edildi. İndi regionumuzda yeni müstəvi və imkanlar açılıb”.
Xarici siyasət
27 Yanvar , 2021 15:43
Hikmət Hacıyev: Azərbaycan və Türkiyənin üzərinə yeni vəzifə və öhdəliklər düşür”
Hikmət Hacıyev

“Biz Azərbaycanın üzləşdiyi işğalı aradan qaldırmağa müvəffəq olduq. Azərbaycan torpaqları işğaldan azad edildi. İndi regionumuzda yeni müstəvi və imkanlar açılıb”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu xüsusda da Azərbaycan və Türkiyənin üzərinə yeni vəzifə və öhdəliklər düşür. Bu, ikitərəfli əlaqələrimizin inkişafı və bütün regionun geniş bir mənada geosiyasətinin dəyişdirilərək əməkdaşlığa və işbirliyinə doğru inkişaf etdirilməsidir”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi