Hikmət Hacıyev: "Azərbaycan ilə Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir"

Hikmət Hacıyev: "Azərbaycan ilə Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir" Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan ilə Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında hərtərəfli şəkildə uğurla inkişaf edir. Dövlət başçıları səviyyəsində sentyabr ayında Soçi və Bakıda iki dəfə görüşün keçirilməsi bunun növbəti bariz nümunəsidir.
Xarici siyasət
4 Oktyabr , 2018 13:31
Hikmət Hacıyev: Azərbaycan ilə Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Azərbaycan ilə Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında hərtərəfli şəkildə uğurla inkişaf edir. Dövlət başçıları səviyyəsində sentyabr ayında Soçi və Bakıda iki dəfə görüşün keçirilməsi bunun növbəti bariz nümunəsidir".

Bunu "Report"a açıqlamasında Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib. 

O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında etimada və dostluğa əsaslanan səmimi dialoq və müntəzəm görüşlər əlaqələrimizin hərtərəfəli inkişafında xüsusi əhəmiyyətə malikdir: "Ölkələrimiz arasında etimadın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir ki, ikitərəfli əlaqələr regionlararası əməkdaşlıq formatında da uğurla inkişaf etdirilir. Dövlət başçılarının açılışını etdiyini və nitq ilə çıxış etdikləri IX Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın daha inkişafı baxımdan yeni perspektivlər vəd edir.

Həmçinin ölkələrimiz arasında ənənəvi dostluq münasibələrinə əsaslanan əməkdaşlıq çoxtərəfli müstəvilərdə də davam etdirilir".

Son xəbərlər

Orphus sistemi