İsraildəki Heydər Əliyev Mərkəzinin tikintisinə şəhər bələdiyyəsi 1,5 milyon dollar vəsait ayırıb

İsraildəki Heydər Əliyev Mərkəzinin tikintisinə şəhər bələdiyyəsi 1,5 milyon dollar vəsait ayırıb "Akko şəhərinin əhalisinin 20% Azərbaycandan köçən insanlar təşkil edir"
Xarici siyasət
27 Yanvar , 2015 13:46
İsraildəki Heydər Əliyev Mərkəzinin tikintisinə şəhər bələdiyyəsi 1,5 milyon dollar vəsait ayırıb

"Mən Azərbaycan xalqının tərəfindəyəm"

Bakı. 27 yanvar. REPORT.AZ/ “İsrailin Akko şəhərinin əhalisinin 20%-ni Azərbaycandan köçən insanlar təşkil edir. Şəhərimizdə həm yəhudilər, həm müsəlmanlar, həm də xristianlar yaşayır”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Akko şəhərinin meri Şimon Lankri deyib.

Mer bildirib ki, hazırda şəhərdə Heydər Əliyev Mərkəzinin tikintisi davam edir: “Artıq Mərkəzin birinci mərtəbəsi tikilib. Bu Mərkəz bütün İsraildə Azərbaycan mərkəzi olacaq. Mərkəz İsraillə Azərbaycan arasında körpü rolunu oynayacaq, ölkələr arasında əlaqələri möhkəmləndirəcək”.

Mer bildirib ki, mərkəzin  birinci mərtəbəsinin inşası ötən ilin iyun ayında başa çatıb və mərkəzin tikintisinə Akko bələdiyyəsi tərəfindən 1,5 milyon dollar vəsait ayrılıb.

Ş.Lankri əlavə edib ki, onun təşəbbüsü ilə şəhərdə Qafqaz rəqsləri qrupu da fəaliyyət göstərir.

Akko meri, həmçinin İsrailin Knessetində (parlamentdə) ayrı-ayrı qruplar tərəfindən uydurma "erməni soyqırımı" ilə bağlı qətnamələrin irəli sürməsinə də münasibət bildirib: “Mer olaraq, mən bu işlərlə məşğul olmuram. Lakin, Knessetdə bu cür müxtəlif təşəbbüslər irəli sürülsə də, mən bilirəm erməni xalqı kimdir, azərbaycan xalqı kimdir. Mən Azərbaycan xalqının tərəfindəyəm”.

Son xəbərlər

Orphus sistemi