Bakı. 22 oktyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın “Puşkin” medalı ilə təltif edilib. “Report” xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Rusiya Federasiyasının “Puşkin” medalı mədəniyyət və incəsənət, maarifçilik, humanitar elmlər və ədəbiyyat sahələrində xidmətlərə, mədəni irsin öyrənilməsi və qorunub saxlanmasına, xalqların və millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə töhfəyə görə verilir.