Bakı. 8 noyabr. REPORT.AZ/ Berlində
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru
Daha sonra keçirilən rəsmi qəbulda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Bugünkü respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edən səfir ölkəmizin tərəfdar çıxdığı demokratiya, dünyəvilik, dini və mədəni müxtəliflik kimi dəyərlərin Xalq Cümhuriyyətindən miras qaldığını bildirib. Səfir vurğulayıb ki, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının Azərbaycan xalqının rifahı naminə həyata keçirmək istədiyi, amma sovet işğalının imkan vermədiyi ideyalar bu gün müstəqil respublikamız tərəfindən ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursu sayəsində uğurla reallığa çevrilir. Bu siyasətin nəticəsidir ki, ölkəmiz regionda aparıcı iqtisadi qüvvəyə çevrilib və Dünya Bankının “Doing Business 2019” hesabatında 25-ci yerdə qərarlaşıb.
Azərbaycan-Almaniya münasibətlərindən danışan səfir Almaniyanın federal kansleri Angela Merkelin Azərbaycana səfərinin bütün sahələrdə dinamik inkişaf edən əlaqələrin daha da yaxınlaşması üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Ölkəmizin Almaniyanın
Ramin Həsənov, həmçinin xalqlarımız arasında münasibətlərin 200 illik tarixinə toxunaraq, elmi, mədəni və humanitar sahədə mövcud əməkdaşlıqdan danışıb. Buna nümunə olaraq, Azərbaycanda alman irsinin təşviq olunmasını, Almaniyada azərbaycanlı gənclərin təhsil almasını, Bakıda Göte İnstitutunun açılmasını, Bakı və Mayns, Sumqayıt və Lüdviqshafen şəhərləri arasında mövcud olan “qardaşlaşma”ları, nüfuzlu Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının fəaliyyət göstərməsini qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan səfir Almaniyanın Minsk qrupunun üzvü kimi münaqişənin ədalətli və beynəlxalq hüquqa söykənən həllini dəstəklədiyini bildirib. Ramin Həsənov vurğulayıb ki, Almaniya hökumətinin də bölüşdüyü Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın ərazisi olması faktını işğalçı Ermənistan nəhayət ki qəbul etməlidir.
Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars çıxışında 20 ildən bəri davam edən deputat fəaliyyəti dövründə Azərbaycanın keçdiyi böyük inkişaf yolunun şahidi olduğunu deyib. O, rəhbərlik etdiyi parlament qrupunun adından Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımızı təbrik edib. Almaniyalı deputat bildirib ki, bundestaqdakı Cənubi Qafqaz parlament qrupunun Azərbaycanla bağlı fəaliyyəti iki prioritetə malikdir. Bunlardan biri ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin təşviqi, digəri isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməkdir. Yohannes Kars sözügedən münaqişənin hər zaman yenidən alovlana biləcəyini əsas gətirərək onun tezliklə həllinə nail olunmasının zəruriliyini vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi səfir Haydrun Tempel qeyd olunan 100 illik yubiley münasibətilə Almaniya hökuməti adından Azərbaycanı təbrik edib. Alman diplomat ölkəsinin digər sahələrlə yanaşı, mədəni və humanitar məsələlərdə də Azərbaycanla sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə həyata keçirilən layihələri vurğulayıb. Haydrun Tempel, həmçinin Azərbaycanın nəhəng regional layihələrin təşəbbüskarı və iştirakçısı olduğunu, ölkəmizin bölgədə böyük iqtisadi gücə çevrildiyini qeyd edib. Almaniya hökumətinin təmsilçisi, eyni zamanda, 2016-ci ilədək Almaniyanın ölkəmizdə səfiri olması ilə əlaqədar respublikamızın 100 illik yubileyinin onun diplomatik fəaliyyətinə birbaşa aidiyyəti olduğunu bildirib.
Çıxışlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.
Tədbirdə tanınmış musiqiçilər Elçin Şirinovun, Şəhriyar İmanovun ifasında musiqi proqramı təqdim olunub.