Yuxarı
    Bağlamaq

    ​Heydər Əliyev Fondunun prezidenti İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

    “Şadam ki, ölkələrimiz arasında humanitar əlaqələr də yaxşı inkişaf edir”

    Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo ilə görüşüb. 

    “Report”un xəbərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji sahələrində mövcud olan uğurlu əməkdaşlığı məmnunluqla qeyd edib. 

    “Şadam ki, ölkələrimiz arasında humanitar əlaqələr də yaxşı inkişaf edir”, - deyən Mehriban Əliyeva son illər Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə İtaliyada bir çox tədbirlərin keçirildiyini bildirib. 

    Heydər Əliyev Fondunun prezidenti bu tədbirlərin təşkilində məqsədin Azərbaycan reallıqlarının İtaliya ictimaiyyətinə çatdırmaq olduğunu deyib. 

    Mehriban Əliyeva belə tədbirlərin İtaliya vətəndaşları tərəfindən böyük maraqla qarşılandığını və gələcəkdə bu istiqamətdə işlərin davam etdiriləcəyini də vurğulayıb.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi