Həştərxanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans işinə başlayıb

Həştərxanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans işinə başlayıb Həştərxanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında iqtisadi-ticarət və humanitar sahədə əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans işinə başlayıb.
Xarici siyasət
8 may 2023 10:17
Həştərxanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans işinə başlayıb

Həştərxanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında iqtisadi-ticarət və humanitar sahədə əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans işinə başlayıb.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Həştərxanın vitse-qubernatoru, vilayət administrasiyasının rəhbəri Pavel Pautov Azərbaycanın Həştərxan üçün mühüm strateji tərəfdaş olduğunu vurğulayıb.

"Azərbaycanla Həştərxan arasında iqtisadi əməkdaşlığın göstəriciləri müsbət dinamika nümayiş etdirir. Azərbaycan bizim üçün strateji istiqamətdir", - o deyib.

P.Pautovun sözlərinə görə, gələcək əməkdaşlığın inkişafı daha çox “Şimal-Cənub” nəqliyyat dəhlizinin gələcəyi ilə bağlıdır.

"Hazırda Ələt Azad İqtisadi Zonasında görülən işlər heyrətamizdir. Bizim üçün bu, təkcə daşımaların artması deyil, həm də yeni iş yerlərinin açılması, sosial sahənin inkişafı deməkdir", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi